Erməni rəsmisi Türkiyəyə təşəkkür edib
Ermənistan parlamentinin sədri Alen Simonyan Türkiyənin xarici işlər nazirinə və digər regional tərəfdaşlara baş nazir Nikol Paşinyana göstərilən dəstəyə görə təşəkkür edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Simonyan bildirib ki, bu dəstək erməni cəmiyyətinin əksəriyyətinin sülhə, ticarətə və TRIPP çərçivəsində ticarət əlaqələrinin inkişafına yönəlmiş çağırışları ilə üst-üstə düşür.
“Türkiyənin xarici işlər nazirinə və erməni cəmiyyətinin sülh və ticarətin inkişafı ilə bağlı çağırışlarını dəstəkləyən bütün regional tərəfdaşlara minnətdaram”, – o qeyd edib.
Fatimə Məmmədova
15:47 16.01.2026
Oxunuş sayı: 1232