Çexiya prezidenti Kiyevə rəsmi səfər edib
Çexiya prezidenti Petr Pavel rəsmi səfər çərçivəsində Kiyevə gəlib.
Crossmedia.az xəbər verir ki, səfər zamanı Petr Pavelin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü planlaşdırılır. Görüşdə iki ölkə arasında əməkdaşlıq, xüsusilə Ukraynanın müdafiə sənayesinin inkişafı və müharibə şəraitində görüləcək birgə addımların müzakirə ediləcəyi bildirilir.
Qeyd edək ki, Çexiya Prezidenti Kiyevə səfərindən öncə Lvov bölgəsində olub və orada mövcud vəziyyətlə tanış olub. Səfərin Ukraynaya siyasi və hərbi dəstəyin davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanır.
Kübra Musayeva
15:21 16.01.2026
Oxunuş sayı: 1283