Ukraynanın energetika naziri Denis Şmıqal enerji infrastrukturunun mühafizəsinin gücləndiriləcəyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, enerji qurğularının təhlükəsizliyinin təmin olunması məqsədilə dövlət büdcəsindən 50 milyard UAH-dan çox vəsait ayrılıb. Ayrılan maliyyə resursları enerji obyektlərinin qorunması, dayanıqlığının artırılması və mümkün risklərin qarşısının alınmasına yönəldiləcək.
Şmıqal qeyd edib ki, bu addımlar ölkənin enerji sisteminin sabit fəaliyyətini təmin etmək və fövqəladə hallara hazırlıq səviyyəsini yüksəltmək məqsədi daşıyır.
Kübra Musayeva