Ağ Evdən ŞOK AÇIQLAMA: Tramp Qrenlandiyadan imtina etmir
Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib ki, Avropa qoşunlarının Qrenlandiyada mövcudluğu ABŞ prezidenti Donald Trampın qərarvermə prosesinə təsir göstərməyəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, bu amil Trampın Qrenlandiyanı əldə etmək məqsədini də dəyişmir.
Kerolayn Levitt açıqlamasında Avropa ölkələrinin hərbi mövcudluğunun Tramp administrasiyası üçün həlledici olmadığını vurğulayıb. O qeyd edib ki, prezidentin Qrenlandiya ilə bağlı mövqeyi dəyişməz olaraq qalır və xarici faktorlar bu məqsədə təsir göstərmir.
14:08 16.01.2026
Oxunuş sayı: 1328