Rusiya dronu BM-35 ilk dəfə Starlink vasitəsilə idarə olunub
Rusiya tərəfindən istehsal olunan BM-35 tipli pilotsuz uçan aparat (BPA) ilk dəfə “Starlink” peyk sistemi vasitəsilə idarə edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, əvvəllər bu texnologiyanın yalnız “Molniya” tipli dronlarda istifadə olunduğu müşahidə edilib.
Qeyd edək ki, ekspertlər yaxın gələcəkdə Shahed dronlarının da oxşar texnologiya ilə təchiz olunacağını bildirirlər.
Belə pilotsuz uçan aparatların radiasiya və elektron müharibə hücumlarına qarşı davamlı olduğu və operatorların birbaşa Rusiyadan idarəsi ilə dəqiq zərbələr endirə bildiyi qeyd olunur.
13:40 16.01.2026
Oxunuş sayı: 1581