Çin Rusiyaya “yox” dedi
Çin tərəfi hətta müqavilə ilə nəzərdə tutulan minimum 12 MVt həcmində elektrik enerjisinin alınmasından da imtina edib. Bu qərarın əsas səbəbi Rusiyanın ixrac etdiyi elektrik enerjisinin qiymətlərinin kəskin şəkildə artmasıdır. Belə ki, ixrac qiymətləri Çinin daxili elektrik enerjisi tariflərini üstələdiyindən, alış Pekin üçün iqtisadi baxımdan sərfəsiz olub.
Crossmedia.az bu barədə ‘’Kommersant’’ nəşrinə istinadən xəbər verir. Qeyd olunur ki, Rusiyanın “İnter RAO” şirkəti ilə Çin Dövlət Elektrik Şəbəkəsi Korporasiyası arasında mövcud müqavilə 2037-ci ilə qədər qüvvədədir. Lakin Rusiya Uzaq Şərqinin enerji sistemində güc çatışmazlığının artması səbəbindən elektrik enerjisinin Çinə tədarükü 2023-cü ilin avqust ayından etibarən mərhələli şəkildə azaldılmağa başlanmışdı.
Sevinc Yarməmmədova
13:07 16.01.2026
Oxunuş sayı: 1386