Ermənistan Samvel Karapetyanın həbsinin uzadılmasını istəyib
Ermənistan İstintaq Komitəsi rusiyalı oliqarx Samvel Karapetyan barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı vəsatət qaldırıb. Bu barədə sosial şəbəkələrdə Karapetyanın vəkili Aram Vardevanyan məlumat verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, vəkilin sözlərinə görə, daha əvvəl Ermənistan Baş Prokurorluğu da Karapetyanın yenidən həbs olunması üçün məhkəməyə müraciət edib. Məsələ ilə bağlı qərarın yanvarın 16-da elan olunacağı bildirilib. Vardevanyan həmçinin qeyd edib ki, Samvel Karapetyan bugünkü məhkəmə iclasında iştirak etməyəcək.
Xatırladaq ki, 30 dekabr 2025-ci il tarixində məhkəmə qərarı ilə Karapetyanın barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənmişdi. O, 2025-ci ilin iyununda Ermənistan hakimiyyəti ilə ruhanilər arasında yaranmış qarşıdurma fonunda kilsəni açıq şəkildə dəstəklədikdən sonra saxlanılmışdı. Daha sonra ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin 2 və 3-cü bəndləri üzrə — xüsusilə külli miqdarda, vəzifə səlahiyyətlərindən və ya təsir imkanlarından istifadə etməklə pul vəsaitlərinin yuyulması ittihamları irəli sürülüb.
Nigar Yahyazadə
12:25 16.01.2026
Oxunuş sayı: 1193