İrəvanda siyasi gərginlik: “Artsax”a həsr olunan tədbirə rəsmi etiraz edilib
Ermənistan hakimiyyəti yanvarın 18-də İrəvandakı Karen Demirçyan adına idman-konsert kompleksində keçirilməsi nəzərdə tutulan, qondarma "Artsax"a həsr edilmiş "mədəni tədbir"in təşkilinə etiraz edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hakimiyyət Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları vasitəsilə tədbirin təşkilatçıları ilə əlaqə saxlayıb. Rəsmi nümayəndələr əvvəlcə tədbirin ləğv olunmasına çalışsalar da, bu cəhdlər nəticə verməyib. Bundan sonra isə təşkilatçılara tədbirin siyasi xarakter daşımaması, hər hansı qalmaqala və ictimai gərginliyə səbəb olmaması ilə bağlı ciddi xəbərdarlıq edilib.
Nigar Yahyazadə
12:11 16.01.2026
Oxunuş sayı: 1284