Katolikos II Qaregin vəzifəsindən azad edildi
Ermənistan mediasının məlumatına görə, Hovannavank monastırının keşişi Ter Aram bütün ermənilərin katolikosu II Qareginin vəzifəsindən azad edildiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, keşiş bildirib ki, əvvəllər Araqatsotn yeparxiyasında xidmət etmiş Ktriç Nersisyan (II Qaregin) və Samvel Xaçatryan (Arşakın keçmiş yepiskopu) artıq vəzifələrini icra etmir və onların həyata keçirdiyi dini ritualar – vəftiz, toy, dəfn, liturgiya və digər mərasimlər – etibarlı hesab edilmir.
Ter Aram qeyd edib ki, bu barədə məlumat vermək dindarların aldanmaması və cahillik üzündən günah işləməməsi üçün vacibdir. O, katolikos II Qareginə qarşı açıq çıxış edən ilk erməni ruhanilərindən biridir.
Nəzrin Abbas
11:53 16.01.2026
Oxunuş sayı: 1202