Avropadan Qrenlandiyaya 37 nəfərlik "böyük dəstək"
Avropa ölkələri Qrenlandiyada hərbi mövcudluqlarını genişləndirmək niyyətindədir. Planlara əsasən, müxtəlif Avropa dövlətlərindən azsaylı hərbçi kontingenti bölgəyə yerləşdiriləcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Qrenlandiyaya göndərilməsi planlaşdırılan Avropa hərbçilərinin sayı belədir: Fransadan təxminən 15, Almaniyadan 13 nəfər. Skandinaviya ölkələri də siyahıda yer alır — Norveçdən 2, İsveçdən 3, Finlandiyadan isə 2 hərbçinin bölgəyə cəlb olunacağı bildirilir. Böyük Britaniya və Niderland isə hərəyə 1 hərbçi ilə təmsil olunacaq.
Ümumilikdə 37 nəfərlik bu kontingentin Qrenlandiyada təhlükəsizlik, müşahidə və əməkdaşlıq məqsədli fəaliyyət göstərəcəyi qeyd olunur. Analitiklər isə zarafatla bildirirlər ki, Avropanın bu addımı “böyük hərbi əməliyyat”dan çox, buzlar üzərində simvolik bayraq nümayişinə bənzəyir.
Qeyd edək ki, Qrenlandiya Arktika regionunda strateji mövqeyi ilə son illər böyük dövlətlərin diqqət mərkəzindədir.
Kübra Musayeva
08:53 16.01.2026
Oxunuş sayı: 1623