Putin fərman imzaladı
Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrliyi çərçivəsində 2026-cı ildə Moskvada Beynəlxalq Kollektiv Təhlükəsizlik Forumu və digər tədbirlər keçiriləcək.
Crossmedia.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı fərman imzalayıb.
Fərman Rəsmi Hüquqi İnformasiya İnternet Portalında dərc olunub və sənədə əsasən, Moskva şəhəri tədbirlərin keçirildiyi əsas məkan kimi müəyyən edilib.
Sənəddə həmçinin qeyd olunur ki, forumun və digər tədbirlərin təşkili üçün xüsusi təşkilat komitəsi yaradılacaq.
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk təşkilat komitəsinin sədri təyin edilib.
23:59 15.01.2026
Oxunuş sayı: 1047