Gürcüstan Azərbaycandan pulsuz qaz həcmini artırıb
Gürcüstanın tranzit müqabilində Azərbaycandan pulsuz aldığı qazın həcmi 2020-ci ildən bəri 1,8 dəfə artıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Həmin dövrdə ölkə Azərbaycandan əlavə təchizat olaraq 873 milyon kubmetr qaz alıb və 2026-cı il üçün proqnozlaşdırılan həcm artıq 1,6 milyon kubmetrdir.
2066-cı ilə qədər imzalanan müqaviləyə əsasən, Gürcüstan ölkəyə tranzit edilən qazın 5%-ə qədərini ala bilər, yəni Cənub Qaz Dəhlizinin istifadəsi artdıqca bu rəqəm də yüksələcək.
Səriyyə Tağıyeva
23:03 15.01.2026
Oxunuş sayı: 1816