Böyük Britaniya Ukrayna üçün ballistik raket hazırlayır
Böyük Britaniya Ukrayna üçün Nightfall layihəsi çərçivəsində taktiki ballistik raketin hazırlanmasını planlaşdırdığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi bildirib.
Məlumata görə raket 200 kiloqramlıq döyüş başlığı daşıyacaq, 500 kilometrədək məsafəni vura biləcək və müxtəlif nəqliyyat platformalarından buraxılacaq. İstehsalın ayda 10 raket həcmində aparılması nəzərdə tutulur, bir raketin maksimal dəyəri təxminən 1,1 milyon dollar olacaq.
Müdafiə Nazirliyi layihə üzrə üç sənaye qrupu ilə ümumilikdə 9 milyon funt sterlinqlik (təxminən 12,1 milyon dollar) müqavilə bağlamağı planlaşdırır. İlk nümunələrin bir il ərzində sınaq buraxılışları üçün təqdim olunacağı bildirilir.
Səriyyə Tağıyeva
22:54 15.01.2026
Oxunuş sayı: 1759