İlon Maskın günəş enerjisi planına böyük tənqid: Fransadan böyük sahə tələb olu
ABŞ milyarderi İlon Maskın nüvə reaktorlarına alternativ kimi təqdim etdiyi günəş enerjisi təklifi tənqid edilib.
Crossmedia.az bu barədə TASS-a istinadən xəbər verir.
Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Nüvə Fizikası İnstitutunun direktor müavini Pyotr Baqryanski bildirib ki, bu ideyanın reallaşdırılması üçün aşağı səmərəlilik səbəbindən Fransanın ikiqat böyük bir ərazisini günəş panelləri ilə əhatə etmək lazım gələcək.
Buna görə də mütəxəssislər Maskın planının praktik olmadığını vurğulayırlar.
Səriyyə Tağıyeva
22:40 15.01.2026
Oxunuş sayı: 1112