Trampı təhqir edən işçiyə 800 min dollardan çox ianə toplandı
Detroytda yerləşən Ford zavodunun işçisi Ti Cey Sabula ABŞ prezidenti Donald Trampı təhqir etdikdən sonra ona dəstək məqsədilə 800 min dollardan artıq vəsait toplanıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, GoFundMe platformasında Sabulanın dəstəklənməsi üçün iki ayrı ianə kampaniyası açılıb. Kampaniyalardan biri çərçivəsində 481 min dollar, digəri üzrə isə 330 min dollar vəsait yığılıb.
İanə toplama səhifələrindən birinin təsvirində Ti Cey Sabula "ABŞ-nin patriotu" kimi təqdim olunub və onun Donald Trampı "pedofillərin müdafiəçisi" adlandırmasının "ədalətli" olduğu qeyd edilib.
Nigar Yahyazadə
14:19 15.01.2026
Oxunuş sayı: 1973