Tramp İrana sürətli hərbi müdaxilə istəyir
ABŞ prezidenti Donald Tramp İrana qarşı mümkün hərbi müdaxilənin qısa müddətdə həyata keçirilməsini və ölkədəki mövcud rejimin süqutu ilə nəticələnməsini istəyir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Tramp uzunmüddətli və aylarla davam edən müharibəyə cəlb olunmaq niyyətində deyil.
Lakin prezidentin milli təhlükəsizlik üzrə müşavirləri bu planın uğuruna zəmanət vermir. Onların fikrincə, ABŞ-nin regiondakı hərbi imkanları İranın mümkün cavab zərbələrinə qarşı yetərli olmaya bilər və vəziyyət nəzarətdən çıxa bilər.
Nigar Yahyazadə
14:16 15.01.2026
Oxunuş sayı: 1698