Əraqçidən ABŞ-yə mesaj: Müharibə yox, diplomatiyanı seçin
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trumpa çağırış edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Əraqçi Vaşinqtonu əvvəlki səhvləri təkrarlamamağa və müharibə yolunu deyil, diplomatiyanı seçməyə dəvət edib. O bildirib ki, hərbi qarşıdurma əvəzinə dialoq daha düzgün seçimdir.
“Mesajım budur: iyunda etdiyiniz eyni səhvi təkrarlamayın. Müharibə və diplomatiya arasında seçim varsa, diplomatiya ən yaxşı yoldur. Baxmayaraq ki, ABŞ ilə müsbət təcrübəmiz yoxdur”, – deyə nazir vurğulayıb.
Qeyd edək ki, bu açıqlama ABŞ və İran arasında gərginliyin yenidən artdığı bir dövrdə səsləndirilib.
Kübra Musayeva
14:09 15.01.2026
Oxunuş sayı: 1892