Paşinyan: Etiraz aksiyalarını qadağan edə bilmərik
Ermənistanın Baş naziri Nikol Paşinyan İran səfirinə bildirib ki, hökumət səfirlik qarşısında keçirilən etiraz aksiyalarını qadağan edə bilməz.
Crossmedia.az xəbər verir ki , bu barədə xarici KİV məlumat yayıb.
Paşinyanın sözlərinə görə, 2018-ci ildən etibarən Ermənistanda mitinqlərin keçirilməsinə heç vaxt qadağa qoyulmayıb və bu məsələdə istisna edilə bilməz. Bununla belə, o vurğulayıb ki, etirazların ifadə forması İran səfirliyinin və ya hər hansı digər diplomatik nümayəndəliyin normal fəaliyyətinə mane olmamalıdır.
“Demokratik prinsiplərimiz çərçivəsində dost və qardaş İranın səfirliyinin fəaliyyətində heç bir problem yaranmaması üçün bütün zəruri tədbirləri görəcəyik”, – o bildirib.
14:04 15.01.2026
Oxunuş sayı: 2346