ABŞ səfirliyindən XƏBƏRDARLIQ: İrandan Azərbaycana çıxış bağlandı
ABŞ-nin Bakıdakı səfirliyi öz vətəndaşlarını xəbərdar edib ki, onlar İrandan Azərbaycana çıxış edə bilməyəcəklər.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, vətəndaşlara dərhal İrandan çıxmaları və təhlükəsizdirsə, alternativ yollarla, məsələn, Türkiyə və ya Ermənistan üzərindən getmələri tövsiyə olunur.
Səfirlik qeyd edib ki, ABŞ vətəndaşlarının İrandan Azərbaycana keçidi gərginlik dövrlərində, o cümlədən 2025-ci ilin iyununda İran və İsrail arasında baş verən qarşıdurma zamanı da məhdudlaşdırılıb. Buna görə vətəndaşlara mümkün alternativ marşrutları nəzərdən keçirmələri tövsiyə olunur.
Nəzrin Abbas
13:38 15.01.2026
Oxunuş sayı: 1588