İran və İsrail Rusiyanın vasitəçiliyi ilə qarşılıqlı hücumlardan çəkinmək barədə razılığa gəliblər.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.
Məlumata görə, dekabrın sonlarında İsrail Rusiya vasitəsilə İrana mesaj göndərərək, ilk hücumu etməyəcəyi təqdirdə zərbələr endirməyəcəyinə dair zəmanət verib. İran tərəfi də cavab olaraq qabaqlayıcı addımlar atmayacağını bildirib.
Nəşr qeyd edir ki, bununla belə, Tehran ABŞ tərəfindən mümkün addımların atılmasından ehtiyat edir. Razılaşmanın məqsədi bölgədə gərginliyin daha da artmasının qarşısını almaq kimi qiymətləndirilir.
Kübra Musayeva