Medvedyev Makronu QORXAQ adlandırdı
Rusiya Baş nazirinin müavini Dmitri Medvedyev Fransa Prezidenti Emmanuel Makronun Qrenlandiyanın “müdafiəsi” ilə bağlı açıqlamalarını ironik tərzdə tənqid edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Medvedyev bildirib ki, Makron “Danimarkanın suverenliyi pozulsa, nəticələr misilsiz olacaq” deyə bəyan edib. Rusiya rəsmisi isə sual edib: “Nə edəcəklər? Prezident oğurlayacaqlarmı? ABŞ-yə nüvə zərbəsi endirəcəklərmi? Xeyr. Sadəcə qorxub Qrenlandiyadan imtina edəcəklər. Bu, Avropa üçün yaxşı bir presedent olar.”
Nəzrin Abbas
10:26 15.01.2026
Oxunuş sayı: 1846