Ağ Evdən qıcıqlandıran paylaşım: Qrenlandiya kimin tərəfini seçəcək?
Ağ Ev “X” sosial şəbəkəsində Qrenlandiya sakinlərinə ünvanlanan vizual paylaşım yayımlayıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, paylaşımda qrenlandiyalılara seçim təklif olunur: günəşli Vaşinqton və ya tutqun Moskva və Pekin. Şəkildə bu şəhərlər simvolik şəkildə qarşı-qarşıya qoyularaq siyasi mesaj verildiyi diqqət çəkib.
Sözügedən paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və ABŞ-ın Qrenlandiya ilə bağlı geosiyasi yanaşması kimi dəyərləndirilib.
Nəzrin Abbas
10:15 15.01.2026
Oxunuş sayı: 2555