İran hava məkanını bağladı: Reyslər geri qaytarılır
Səhər saatlarında İran bir neçə saatlıq hava məkanını bağlayıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə,qərar ABŞ tərəfindən mümkün hücum təhlükəsi ilə bağlı narahatlıqlarla əlaqədar ola bilər.
Hava məkanının bağlanması səbəbindən Özbəkistan şəhərlərinə və həmin ölkədən həyata keçirilən bir sıra reyslər havaya qalxdıqdan sonra geri qayıdaraq hava limanlarına eniş ediblər.
İran tərəfi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Nəzrin Abbas
09:13 15.01.2026
Oxunuş sayı: 1784