Ukraynada enerji fövqəladə vəziyyəti elan ediləcək
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə enerji vəziyyətinin əlaqələndirilməsi üçün daimi qərargahın yaradılacağını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, ölkədə enerji sektorunda fövqəladə vəziyyət elan ediləcək və bu müddət ərzində təhsil müəssisələri distant təhsilə keçə bilər. Prezident Təhsil və Elm Nazirliyinə enerji fövqəladə vəziyyətinə uyğun təhsil formatları hazırlamağı tapşırıb.
Eyni zamanda, fövqəladə vəziyyət dövründə bəzi şəhər və icmalarda komendant saatının ləğv olunması da nəzərdə tutulur.
23:54 14.01.2026
Oxunuş sayı: 1366