Danimarka və Norveç Qrenlandiyada hərbi mövcudluğunu gücləndirir
Danimarka Qrenlandiyada hərbi texnika və qabaqcıl kontingent yerləşdirir, adanın gələcəkdə daha çox qoşun qəbuluna hazırlaşdırılması planlaşdırılır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, “qabaqcıl komandanlıq” artıq logistika və infrastrukturun hazırlanması üçün adaya göndərilib. Hərəkət planı çərçivəsində ordu bölmələri Danimarka Silahlı Qüvvələrinin Qrenlandiyadakı mövcudluğunu gücləndirəcək, digər döyüş bölmələri isə hələ də NATO üzrə Baltik regionunda öhdəliklərini yerinə yetirir.
Eyni zamanda, Norveç də Trampın açıqlamaları fonunda adaya iki hərbçi göndərəcəyini bildirib. Ölkənin müdafiə naziri Tore Sandvik VG telekanalına açıqlamasında bunun ada ilə əməkdaşlığı və təhlükəsizliyi gücləndirmək məqsədini daşıdığını vurğulayıb.
23:47 14.01.2026
Oxunuş sayı: 1148