ABŞ Qrenlandiyanı almaq planını nəzərdən keçirir
ABŞ Qrenlandiyanı öz tərkibinə qatmaq üçün plan hazırlayır, lakin bu prosesin təxminən 700 milyard dollar dəyərində olacağı bildirilir.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, amerikalıların adanın iqtisadiyyatına investisiya qoymaq müqabilində Qrenlandiyada hərbi baza yerləşdirməsi və sərbəst birləşmə variantını seçməsi də mümkün ssenarilərdən biridir.
Planın reallaşması həm ABŞ-ın maliyyə imkanlarından, həm də Danimarka hökumətinin razılığından asılı olacaq.
23:02 14.01.2026
Oxunuş sayı: 1583