Fövqəladə vəziyyət: Xəzərdə İran gəmisi xilas edildi
Xəzər dənizində çətin vəziyyətdə qalan İran yük gəmisi “Rona”dakı bütün 14 nəfər xilas edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi bildirib.
İlk məlumatlara görə, xilas edilənlər İran və Hindistan vətəndaşlarıdır.
Nazirlik əlavə edib ki, Türkmənistan tərəfi beynəlxalq qaydalara uyğun müvafiq prosedurları həyata keçirir.
20:30 14.01.2026
Oxunuş sayı: 1338