Cənubi Koreya Özbəkistana külli miqdarda qrant ayırıb
Cənubi Koreyanın DK Consultants şirkəti Özbəkistana 100 müasir təcili yardım maşını almaq üçün 7 milyon dollar qrant ayırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Bu barədə razılaşma Özbəkistan nümayəndə heyətinin başçısı, səhiyyə nazirinin müavini Fərhədjon Taşpulatov ilə Cənubi Koreyada keçirilən danışıqlarda əldə olunub.
Məxaric memorandumu 2026-cı ilin birinci yarısında texnikanın alınmasını və 103 xidmətinin işinin təkmilləşdirilməsini nəzərdə tutur.
Həmçinin Daşkəndin 7-ci klinik xəstəxanasının özəl investorlara PPP əsasında idarə edilməsi və Respublika Endokrinologiya Mərkəzində yeni korpusun tikintisi məsələləri müzakirə olunub.
20:09 14.01.2026
Oxunuş sayı: 1390