Rza Pəhləvidən orduya çağırış: Xalqın tərəfinə keçin
İranın keçmiş şahının oğlu Rza Pəhləvi silahlı qüvvələrin şəxsi heyətinə xüsusi mesaj göndərib. O bildirib ki, hərbçilər İslam Respublikasının ordusu deyil, İranın milli ordusudur.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Pəhləvi vurğulayıb ki, ordunun tərəfini dəyişmək üçün vaxt çox qalmayıb və hərbçilər mümkün qədər tez xalqın tərəfinə keçməlidirlər.
Bu açıqlama İranın hazırkı siyasi vəziyyətinə və etiraz aksiyalarının davam etdiyi bir vaxta təsadüf edir.
Pəhləvinin çağırışı ölkə daxilində və beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
19:00 14.01.2026
Oxunuş sayı: 1103