Rusiya BMT qarnizonunu xilas etdi
Rusiya mütəxəssisləri və Mərkəzi Afrika Respublikasının Silahlı Qüvvələrinin (FACA) hərbçiləriölkənin cənub-şərqində yerləşən Bambouti sərhəd şəhərində mühasirəyə alınmış BMT sülhməramlı qarnizonunu xilas ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə FACA-dakı mənbə TASS-a məlumat verib.
Məlumata görə, dekabrın 28–29-da Cənubi Sudandan keçən 120-dən çox silahlı, o cümlədən xarici muzdlu döyüşçülər şəhəri mühasirəyə alaraq bir neçə mülki şəxsi qətlə yetirib.
Yanvarın 1-də birgə qüvvələr əks-hücum əməliyyatına başlayıb. Dörd saat davam edən döyüşlər zamanı silahlılara təxminən 50 itki verdirilib. Yanvarın 2-nə qədər şəhər tam nəzarətə götürülüb, mühasirə aradan qaldırılıb. Əməliyyat zamanı hökumət qüvvələrinin itkilərinin minimal olduğu bildirilir.
18:50 14.01.2026
Oxunuş sayı: 1052