Son onilliyin ən isti ili açıqlandı
Ötən il qlobal orta səth hava temperaturu 14,97 dərəcə Selsi təşkil edib və bu göstərici müşahidələr tarixində üçüncü ən isti il kimi qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropanın iqlim dəyişmələri üzrə Copernicus xidməti illik hesabatında bildirib.
Məlumata görə, 2025-ci il 2023-cü ildən cüzi dərəcədə sərin, lakin rekordun sahibi olan 2024-cü ildən 0,13 dərəcə Selsi daha aşağı olub. Copernicus vurğulayıb ki, son 11 il ardıcıl olaraq qeydə alınan ən isti 11 il olub.
Hesabatda qeyd olunur ki, 2024-cü ildə qlobal orta temperatur 15,1 dərəcə Selsi, 2023-cü ildə isə 14,98 dərəcə Selsi səviyyəsində olub. Bu göstəricilər qlobal istiləşmə tendensiyasının davam etdiyini göstərir.
18:40 14.01.2026
Oxunuş sayı: 1133