İranda etirazçıya ölüm hökmü
İranda etiraz aksiyalarının iştirakçısına qarşı ilk edamın həyata keçirilməsi planlaşdırılır.
Crossmedia.az Euronews-a istinadən xəbər verir ki, 26 yaşlı Erfən Soltani ölüm cəzasına məhkum edilib və onun bu gün edam edilə biləcəyi bildirilir.
Məlumata əsasən, Soltani yanvar ayının əvvəlində Kəraj şəhəri yaxınlığındakı Fərdis şəhərində baş verən iğtişaşlar zamanı saxlanılıb.
Ona qarşı “Allaha qarşı düşmənçilik” maddəsi ilə ittiham irəli sürülüb ki, bu da İranda ölüm hökmünü nəzərdə tutur.
18:28 14.01.2026
Oxunuş sayı: 1038