Hindistandan İrana ağır zərbə
Hindistan ABŞ-nin İrana əməkdaşlıq edən ölkələr üçün əlavə 25% rüsum tətbiq etməsindən sonra İrana ticarət həcmini azaltmağa hazırlaşır.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Mənbələr bildiriblər ki, Yeni Dehli cari maliyyə ilinin sonuna qədər – 31 mart tarixinə qədər – İranla ticarət əlaqələrini azaldacaq. Bu qərar “xarici iqtisadi amillərlə” əsaslandırılır.
Qəzet həmçinin xatırladıb ki, Vaşinqtonun Tehrana qarşı təzyiqi İrana Xarici İşlər naziri Abbas Araqçinin yanvar ayında Yeni Dehlidə planlaşdırılan səfərini də sual altına qoyub.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İrana əməkdaşlıq edən bütün ölkələr üçün 25% əlavə rüsum tətbiq olunacağını açıqlamışdı.
Nəzrin Abbas
17:57 14.01.2026
Oxunuş sayı: 1012