Qazaxıstan Qara Dənizdə tanker hücumlarından narahatdır
Qazaxıstan Xarici İşlər Nazirliyi Qara Dənizdə tankerlərə edilən hücumlarla bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici Nazirlik bildirib ki, Xəzər Boru Kəməri Konsorsiumu yaxınlığında insidentlərin artması beynəlxalq enerji infrastrukturuna artan riskləri göstərir.
Nazirlik vurğulayıb ki, hücuma məruz qalan tankerlər bütün zəruri icazələrə malik olub və identifikasiya avadanlığı ilə təchiz edilmişdi. Qazaxıstan Qara Dənizdə tankerlərə pilotsuz aparatlarla edilən hücumlardan narahatlığını ifadə edib.
Hücumlardan sonra Qazaxıstan diplomatlarının Avropa və ABŞ tərəfləri ilə neft daşımalarının təhlükəsizliyini təmin etmək üçün müzakirələr apardığı da bildirilib.
Nəzrin Abbas
17:50 14.01.2026
Oxunuş sayı: 1051