Solovyovu bu dəfə ağcaqanada bənzətdilər
Qazaxıstan parlamentinin deputatı Aydoz Sarım Rusiya televiziya aparıcısı Vladimir Solovyovun “Moskvanın təsir dairəsi” barədə açıqlamalarına sərt reaksiya verib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, deputat Sarım bildirib ki, “Solovyovun hər aksiyasına rəsmi bəyanatlarla cavab vermək artıqdır. Əgər sizi ağcaqanad dişləyibsə, avtomatdan atəş açmazsınız”.
O əlavə edib ki, Solovyov rəsmi şəxslərdən deyil və qərar qəbul edən biri olmadığı üçün onun çıxışlarına rəsmi şəkildə reaksiya verməyin mənası yoxdur.
Nəzrin Abbas
17:15 14.01.2026
Oxunuş sayı: 1104