SON DƏQİQƏ: Bu ölkə Qrenlandiyaya qoşun göndərdi
Danimarkanın Müdafiə Nazirliyi Qrenlandiyaya hərbi texnika və qabaqcıl hərbi dəstə göndərib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Danmarks Radio" məlumat yayıb.
Məlumata əsasən, adaya yerləşdirilən qoşunlar gələcəkdə ordudan və Krallığın Müdafiə Nazirliyinin digər strukturlarından daha böyük qüvvələrin qəbuluna hazırlıq görəcək. Bununla yanaşı, Kral Silahlı Qüvvələrinin komandanlığı sözügedən məlumatı hələlik şərh etməyib.
Danimarka Müdafiə Nazirliyindən bildirilib ki, ölkə Qrenlandiyada həm Danimarkanın, həm də digər dövlətlərin iştirakı ilə daha daimi və geniş hərbi mövcudluğun təmin olunması istiqamətində addımlar atır.
Danimarkanın müdafiə naziri Troels Lund Poulsen Xarici Siyasət Komitəsinin iclasından sonra verdiyi açıqlamada, 2026-cı ildə Qrenlandiyada NATO çərçivəsində hərbi təlimlərin keçiriləcəyini də xatırladıb.
Rəsmi Kopenhagen bu tədbirlərin regionda təhlükəsizliyin gücləndirilməsinə xidmət etdiyini vurğulayır.
Kübra Musayeva
16:37 14.01.2026
Oxunuş sayı: 1612