ABŞ Yaxın Şərqdəki bazasını boşaldır - Müharibə HƏYƏCANI
Qətərdə yerləşən və ABŞ-nin rəhbərlik etdiyi Əl Udeid Hava Bazasında təhlükəsizlik tədbirləri gücləndirilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bazanın ikinci dərəcəli personalına axşam saatlarınadək ərazini tərk etmələri tövsiyə olunub.
Eyni zamanda, İsrailin Baş naziri Benyamin Netanyahunun istifadə etdiyi təyyarənin Təl-Əvivdən naməlum istiqamətə yola düşdüyü bildirilib. Bu hadisə regional gərginliyin artması fonunda diqqət çəkib.
Məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu tam hazırlıq vəziyyətinə gətirilib. İran tərəfinin bu addımı regionda mümkün hərbi eskalasiya ehtimallarını gücləndirib.
Kübra Musayeva
16:29 14.01.2026
Oxunuş sayı: 1347