İrandan Ermənistana RƏSMİ XƏBƏRDARLIQ: Bunu unutmayacağıq
İranın Ermənistandakı səfiri Xəlil Şirqulami Sputnik Armenia saytına verdiyi müsahibədə İranda baş verən etiraz aksiyaları və bu proseslərin Ermənistanla əlaqələndirilməsi ilə bağlı mübahisəli fikirlər səsləndirib.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, səfir bildirib ki, Tehranda Ermənistanın İrana düşmən qüvvələr üçün bir mərkəzə çevrildiyi barədə müəyyən təsəvvür formalaşır. Onun sözlərinə görə, bu yanaşma İran cəmiyyətində narahatlıq doğurur.
Xəlil Şirqulami eyni zamanda şənbə günündən etibarən Ermənistanda yerləşən İran səfirliyinin qarşısında keçirilən etiraz aksiyalarına da toxunub. O, aksiyalar zamanı səsləndirilən “hörmətsiz və təhqiramiz şüarlar”dan narahat olduğunu bildirib.
Səfir vurğulayıb ki, bu cür addımlar İran cəmiyyətinin yaddaşında qalacaq. O, həmçinin çətin dövrlərdə İranın Ermənistanın yanında olduğunu xatırladaraq, qarşılıqlı hörmətin qorunmasının vacibliyini qeyd edib.
Kübra Musayeva
16:14 14.01.2026
Oxunuş sayı: 1825