Yeni müdafiə naziri o seçildi
Ukrayna Ali Radası ikinci cəhddə Mixail Fedorovu ölkənin müdafiə naziri təyin edib. Qərarın lehinə 277 deputat səs verib, halbuki təsdiq üçün minimum 226 səs tələb olunurdu. Bir gün əvvəl parlament Fedorovun namizədliyini dəstəkləməmişdi.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Mixail Fedorov 2019-cu ildən Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyinə rəhbərlik edib. O, yaxın günlərdə birinci baş nazir müavini – rəqəmsal transformasiya naziri vəzifəsindən azad edilib. Yanvarın əvvəlində prezident Volodimir Zelenski Fedorova Müdafiə Nazirliyinə keçməyi təklif edib.
Yeni nazir bildirib ki, nazirlikdə audit aparacaq, yığılıb qalan problemləri həll edəcək və ölkənin müdafiə qabiliyyətinin qorunmasını təmin edəcək. Fedorov Rusiya ilə müharibə başlayandan sonra Ukraynanın dördüncü müdafiə naziri olub.
Nəzrin Abbas
15:55 14.01.2026
Oxunuş sayı: 1252