Paşinyandan Türkiyəyə gözlənilməz JEST
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə sərhədin müəyyən hissələrində bir neçə körpünün tikintisinin mümkünlüyünü açıqlayıb.
Crossmedia.az bu barədə erməni mediasına istinadən xəbər verir.
Baş nazir bildirib ki, Ermənistan ilə Türkiyə sərhədində yerləşən Marqara sərhəd-keçid məntəqəsində, eləcə də Axurik keçidində körpülərin inşasına ehtiyac var.
Paşinyan, həmçinin qeyd olunan ərazilərdə, eləcə də Yerasx yaxınlığında gömrük və sərhəd terminallarının tikintisinin zəruri olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu addımlar regional nəqliyyat və logistika imkanlarının genişləndirilməsinə xidmət edə bilər.
Baş nazir əlavə edib ki, İcevan–Qazax istiqamətində də yeni infrastruktur həlləri istisna olunmur.
Rəsmi İrəvan bu təşəbbüslərin regionda kommunikasiyaların açılması və iqtisadi əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli olduğunu qeyd edir.
Kübra Musayeva
15:59 14.01.2026
Oxunuş sayı: 1373