Dost dövlətlər arasında gərginlik: Bişkekdən Moskvaya SƏRT XƏBƏRDARLIQ
Rəsmi Bişkek Moskvanın anti-Qırğızıstan ritorikasına qarşı sərt açıqlama ilə verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qırğızıstan prezidentinin mətbuat katibi Askat Alagozov rusiyalı teleaparıcı Vladimir Solovyovun son bəyanatlarına münasibət bildirib.
Alagozov qeyd edib ki, Qırğızıstan hakimiyyəti Solovyovun açıqlamalarını dövlət səviyyəsində rəsmi cavab tələb edən mövqe kimi qiymətləndirmir. Onun sözlərinə görə, bu bəyanatlar “boş və qeyri-ciddi” xarakter daşıyır və rəsmi münasibət üçün əsas hesab edilmir.
Bununla belə, mətbuat katibi vurğulayıb ki, Vladimir Solovyovun dövlət televiziyasında fəaliyyət göstərməsi məsələni daha həssas edir. Alagozov bildirib ki, teleaparıcının xalqlar arasında münasibətlərdə gərginlik yarada biləcək anlaşılmaz açıqlamaları, ən azı, dost dövlətlərin vətəndaşları arasında narazılığa səbəb olur və bəzi hallarda sərt tədbirlərin görülməsini zəruri edə bilər.
Qırğızıstan tərəfi regionda sabitliyin və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qorunmasının vacibliyini xüsusi olaraq qeyd edib.
Kübra Musayeva
15:45 14.01.2026
Oxunuş sayı: 911