Özbəkistanda bir kişi sərxoş vəziyyətdə polisə zəng edərək ABŞ prezidenti Donald Trampın Nikolas Maduronu “oğurlamasından” şikayət edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Daşkənd məhkəməsi həmin şəxsi yalançı təcili çağırış etməyə görə təxminən 100 dollar cərimələyib.
Məlumata görə, kişi polisə zəng edərək Trampın bu məsələ ilə bağlı cavab verməsini tələb etmişdi. Hadisə ölkədə həm gülüş, həm də təəccüb doğurub.
Kübra Musayeva