Etirazlar önlənə bilərdi? Pezeşkian hakimiyyətin səhvlərini sadaladı
İran prezidenti Məsud Pezeşkian ölkədə baş verən etirazlarla bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, hakimiyyət orqanları əhalinin sosial-iqtisadi problemlərinə vaxtında və adekvat reaksiya versəydi, mövcud etirazların qarşısını almaq mümkün olardı.
Pezeşkianın sözlərinə görə, insanlar radikal addımlara əl atmazdan əvvəl dövlət tacirlərin, bazar işçilərinin və digər sosial qrupların ehtiyaclarını qarşılamaqla cəmiyyətdə gərginliyi azaltmalı idi.
O vurğulayıb ki, sosial rifahın təmin olunmaması və problemlərin yığılıb qalması cəmiyyətdə narazılığın dərinləşməsinə səbəb olur və bu, son nəticədə kütləvi etirazlara yol açır.
Kübra Musayeva
14:36 14.01.2026
Oxunuş sayı: 1787