Bu ölkə də vətəndaşlarını İrandan çıxmağa çağırdı
Tehrandakı Hindistan səfirliyi İranda yaşayan və ya müvəqqəti səfərdə olan Hindistan vətəndaşlarına ölkəni mümkün qədər tez tərk etmələri barədə çağırış edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Səfirliyin yaydığı rəsmi bəyanatda İranda təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu vurğulanıb və mövcud şəraitdə vətəndaşların təhlükəsizliyinin prioritet hesab edildiyi bildirilib. Açıqlamada qeyd olunur ki, vəziyyətin daha da gərginləşə biləcəyi ehtimalı nəzərə alınaraq, Hindistan vətəndaşlarına kommersiya uçuşlarından istifadə etməklə ölkəni tərk etmək tövsiyə olunur.
Bununla yanaşı, İranda qalmağa məcbur olan şəxslərə səfirliklə daimi əlaqədə olmaq, yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmək və kütləvi toplaşmalardan uzaq durmaq çağırışı edilib.
Qeyd edək ki, son günlər İranda artan etirazlar və regional gərginlik fonunda bir sıra ölkələr də öz vətəndaşlarına analoji xəbərdarlıqlar edib.
14:29 14.01.2026
Oxunuş sayı: 1092