Qalmaqallı ETİRAF: İranda etirazçılar silahlandırılıb
İsrail əsilli jurnalist Tamir Morag İranda baş verən etirazlarla bağlı İsrailin 14-cü televiziya kanalında diqqətçəkən etirafla çıxış edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, xarici oyunçular İranda etirazçılara atəşli silahlar veriblər.
Kanalın yaydığı məlumatda bildirilir ki, silahlandırma nəticəsində yüzlərlə hökumət qüvvəsi üzvü həlak olub. Açıqlamada vurğulanır ki, baş verən hadisələrin arxasında duran qüvvələri “təxmin etmək çətin deyil”.
Sözügedən etiraf İranda davam edən etirazların xarici müdaxilə ilə əlaqəli ola biləcəyi iddialarını daha da gücləndirib və regionda siyasi gərginliyi artıran ciddi açıqlama kimi qiymətləndirilir.
Kübra Musayeva
14:21 14.01.2026
Oxunuş sayı: 1435