Trampdan Baş nazirə hədə-qorxu: Bu, onun üçün böyük problem olacaq!
Jurnalist ABŞ prezidenti Donald Trampa Qrenlandiyanın Baş nazirinin “Biz Danimarka ilə qalmağa üstünlük verərdik” söylədiyini xatırladıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp deyilənlərə belə cavab verib:
“Bunu kim dedi?”
Jurnalist: “Qrenlandiyanın Baş naziri.”
Tramp: “Onda bu onun problemidir. Mən razı deyiləm. Kim olduğunu bilmirəm və bu barədə heç birfikrim yoxdur. Amma bu, onun üçün böyük problem olacaq.”
Hadisə Trampın Qrenlandiya məsələsinə münasibətini bir daha ortaya qoyub.
Nəzrin Abbas
13:36 14.01.2026
Oxunuş sayı: 1044