Britaniya erməni idmançılara viza verməyib - yarışa QATILA BİLMƏDİLƏR
Ermənistanın Fiqurlu Konkisürmə Federasiyası bildirib ki, Böyük Britaniya erməni fiqurlu konkisürənlərin Avropa Fiqurlu Konkisürmə Çempionatında iştirakına viza verilməsini rədd edib, nəticədə onlar turnirdən kənar qalıblar.
Crossmedia.az bu barədə erməni mediasına istinadən xəbər verir.
Federasiyanın açıqlamasına görə, Saymon Danilyants, həmçinin əvvəllər Rusiya bayrağı altında çıxış etmiş Karina Akopova və Nikita Raxmanin cütlüyü vizaların verilməməsi səbəbindən yarışa qatıla bilməyib.
Federasiya əlavə edib ki, iştirak üçün tələb olunan sənədlər vaxtında təqdim olunub, lakin yarışdan əvvəl vizalar verilməyib. Bu hadisə erməni idmançıların turnirdə iştirak imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.
13:25 14.01.2026
Oxunuş sayı: 1061