Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko Batkivşçina partiyasının ofisində gecə aparılan axtarışlarla bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, ittihamları rədd edərək, təhlükəsizlik qüvvələrinin “heç nə tapmadığını” bildirib və baş verənləri seçkilər öncəsi siyasi təmizləmə adlandırıb.
Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Dövlət Səlahiyyətli Prokurorluq Xidməti (SAP) partiya ofisində aparılan axtarışların səbəbini parlamentarilərin rüşvət alması ilə bağlı iddialarla izah edib.
Məlumata görə, Timoşenkoya qarşı irəli sürülən ittihamlar 10 ilə qədər həbs cəzası ilə nəticələnə bilər. Hadisə ölkədə seçkilərə az qalmış siyasi gərginliyi daha da artırıb.
Kübra Musayeva