Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, ABŞ prezidenti Donald Trampın təşəbbüsü olan “Trampın marşrutu” Ermənistana, ABŞ-yə və çox güman ki, Azərbaycana tam uyğundur.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Paşinyan qeyd edib ki, TRİPP proqramının həyata keçirilməsi Cənubi Qafqazda uzunmüddətli sülhə və stabilliyə xidmət edir.
“Cənubi Qafqaz, xüsusən də qlobal sarsıntılar fonunda artıq təhlükəsiz mühitə çevrilib”, – baş nazir vurğulayıb.
O əlavə edib ki, region ölkələri arasında əməkdaşlıq və dialoq təşəbbüsləri davam etdirilməli və TRİPP-in prinsipləri bütün tərəflər tərəfindən dəstəklənməlidir.