445 yox, 167? Bastrıkinin açıqlamaları ictimaiyyətdə ŞOK yaratdı
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Kursk vilayətində baş verən döyüşlər zamanı 445 dinc sakinin həlak olduğunu, 553 nəfərin isə yaralandığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Lakin Bastrıkinin bu bəyanatı onun əvvəlki açıqlamaları ilə ciddi ziddiyyət təşkil edir. Belə ki, o, bir il əvvəl verdiyi məlumatda Kursk vilayətində 167 nəfərin öldüyünü, təxminən 500 nəfərin yaralandığını bildirmişdi.
Rəqəmlər arasındakı kəskin fərq ictimaiyyətdə suallar doğurub. Bastrıkin ölənlərin və yaralananların sayındakı bu ciddi artımın səbəbləri ilə bağlı hər hansı izahat verməyib.
Kübra Musayeva
12:57 14.01.2026
Oxunuş sayı: 1091